Azərbaycanın bu məntəqələrinin qaz təminatında fasilə yarandı
08 oktyabr 2019 15:30 (UTC +04:00)

Azərbaycanın bu məntəqələrinin qaz təminatında fasilə yarandı

 
 
 
Tərtər və Bərdə rayonlarının 3 məntəqəsində nəqliyyat vasitələrinin çırpılması nəticəsində qaz xətləri zədələnib. 
 
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Tərtər rayonunun Nəsimi küçəsində diametri 76 mm olan qaz xəttinin avtomobillə vurulması nəticəsində bu gün saat 12:55-dən 380 abonentin qaz təchizatı dayandırılıb. 
 
Bundan başqa, rayonun Cəmilli kəndində 50 mm diametrində siyirtməni avtomobil zədələyərək qırıb. Nəticədə xətdə qaz sızması aşkarlanıb. Hazırda bu sızmanın aradan qaldırılması işləri aparılır. 
 
Bərdə rayonunun Qazaxlar kəndində isə kombaynla 50 mm diametrində olan siyirtmə zədələnib. Saat 14:10-dan etibarən 73 abonentin qaz təminatında fasilə yaranıb.
 
# 558
avatar

Oxşar yazılar