Evlənmək istəyənlərlə bağlı <span style="color:red;">ŞOK STATİSTİKA   : xəstəliklərin sayı artıb
08 oktyabr 2019 14:14 (UTC +04:00)

Evlənmək istəyənlərlə bağlı ŞOK STATİSTİKA : xəstəliklərin sayı artıb

Azərbaycanda nikaha daxil olmaq üçün bu ilin 9 ayı ərzində 103618 müayinə aparılıb.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan Lent.az-a bildirilib ki, onlardan 2653 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. Eyni zamanda, müayinə olunanlardan 202 nəfərində siflis, 107 nəfərində QİÇS aşkarlanıb. Nikaha girmək istəyən hər iki şəxsdə daşıyıcılıq olan cütlüklərin sayı isə 34 olub. 

Qeyd edək ki, 2015-ci ildə nikaha girmək üçün müayinə olunanların sayı 84600 nəfər olub. Onlardan 5534-nün talassemiya daşıyıcısı olduğu müəyyən edilib, 239 nəfərində siflis, 54 nəfərində QİÇS aşkarlanıb. Hər ikisi daşıyıcı olan cütlüklərin sayı 48 olub. 

2016-cı ildə müayinə olunanların sayı 143694 olub, onlardan 4649 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. 645 nəfərdə siflis, 109 nəfərdə 109 QİÇS aşkarlanıb. Hər ikisi daşıyıcı olan cütlüklərin sayı 42 olub. 

2017-ci ildə müayinə olunanların sayı 135990 nəfər olub, onlardan 3891 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. 449 nəfərdə siflis, 119 nəfərdə QİÇS aşkarlanıb, hər ikisi daşıyı olan cütlüklərin sayı 41 olub. 

2018-ci ildə isə nikaha girmək üçün müayinə olunanların sayı 135529 nəfər olub, onlardan 4161 nəfərinin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. 395 nəfərdə siflis, 173 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisi daşıyıcı olan cütlüklərin sayı isə 58 olub. 

Ümumilikdə, son 5 ildə nikaha girmək üçün müraciət edənlərin sayı 603431 nəfər olub, onlardan 20888-nin talassemiya daşıyıcısı olduğu müəyyən edilib. Müayinə olunanlardan 1940 nəfərində siflis, 562 nəfərində isə QİÇS aşkarlanıb. Nikah üçün müayinə olunan cütlüklərin 223-də hər iki şəxsin daşıyıcı olduğu müəyyən edilib. 

 

 

 

 

 

 

 

# 1339
avatar

Aygün İbrahimli

Oxşar yazılar