
Dəyənəklə döyülən ana və gənc qızla bağlı YENİ XƏBƏR - Həkim DANIŞDI
"Dəyənəklə döyülən ana və qızının durumunda irəliləyiş yoxdur".
Bu barədə Lent.az-a 1 saylı şəhər kliniki xəstəxanasından məlumat verilib. Xətəxananın Neyrotravmatologiya şöbəsindən bildirilib ki, Şəfiqə Mollazadə və qızı Lamiyə Mollazadənin vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir. Verilən məlumata görə, hər iki zərərçəkən sərbəst hərəkət edə bilmir və ancaq yataq şəraitində müalicələrini davam etdirirlər.
08:10:2019
saat: 11:52
Qaynı tərəfindən döyülən Şəfiqə Mollazadə və qızı Lamiyə Mollazadənin səhhəti orta ağırdır.
Zərərçəkmişlər hələ də 1 saylı şəhər kliniki xəstəxanada müalicə alırlar. Bu barədə Lent.az-a xəstəxanadan məlumat verilib. Verilən məlumata görə, Şəfiqə Mollazadə və Lamiyə Mollazadənin durumu orta ağır olaraq qiymətləndirilir. Bildirilir ki, zərərçəkmişlər travmatologiya şöbəsinə ağır travma diaqnozu ilə daxil olublar.
Qeyd edək ki, hadisə dünən Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.
Oxşar yazılar

Şərurda oğlan 54 yaşlı əmisini öldürdü
13 iyul 2025 , 13:21
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12