Havalar niyə isti keçir? - <span style="color:red;">AÇIQLAMA
07 oktyabr 2019 19:11 (UTC +04:00)

Havalar niyə isti keçir? - AÇIQLAMA

“Dünən ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək - 4.5 dərəcə olub”.
 
Bu sözləri Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, hazırda müşahidə edilən şimal - qərb küləyi gün ərzində də davam edəcək:
 
“Sabah səhər saatlarından küləyin mülayimləşməsi gözlənilir.
 
Ümumiyyətlə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17 dərəcə isti, eləcə də gecələr 14-19, gündüzlər 20-25, bəzi günlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692

Oxşar yazılar