
Belçikalı deputat: "Qarabağ"ın oyunu zamanı yaşananlar qəbuledilməzdir”
“Qarabağ"- “Düdelanj" oyunu zamanı yaşananlar qəbuledilməz hadisədir. UEFA bu məsələdə tərəf tutmamalı və klubu cəzalandırmalıdır.
Lent.az-ın məlumatına görə, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib ki, bu sözləri Belçika Parlamentinin deputatı Şevket Temiz bildirib.
“Qarabağ beynəlxalq hüquqda da Azərbaycan torpağıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Təəssüf ki, ATƏT Minsk qrupunun fəaliyyətində 1994-cü ildən bu günə qədər heç bir irəliləyiş yoxdur. Bu, bizi narahat edir.
Ümumiyyətlə, idman yarışlarını siyasət, şiddət və təxribat fəaliyyətlərinin meydanı olmamalıdır. UEFA-dan cəsur qərar - cəza gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir”, - deyə deputat açıqlamasında qeyd edib.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21