Nar turşusunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
06 oktyabr 2019 16:00 (UTC +04:00)

Nar turşusunun hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan ustanın səhifəsinə istinadla nar turşusunu necə hazırlaması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
Nar, duz
 
Hazırlanma qaydası:
 
Narları yuyub, dənələyirik. Sonra bişirəcəyimiz qazana əlavə edib, qapağını bağlayırıq. Qazanı qoyuruq ocağa və zəif odda qaynamağını gözləyirik. Qaynara düşdükdə ocağın atəşini bir az artırırıq və 10-15 dəqiqə sonra qazanın qapağını açırıq ki, suyu yaxşı buxarlansın. Narları arabir qarışdırmaq lazımdır. Görəndəki narlar artıq yumşalıb, qazı söndürüb qoyuruq soyusun. Kifayət qədər soyuduqdan sonra narları süzgəcdən keçirdirik. Daha sonra süzgəcdən keçirdiyimiz narın suyunu təkrar qazana əlavə edib qaynadırıq. Qaynayarkən üzərinə yığılan köpükləri təmizləmək lazımdır. Suyu azalıb qatılaşandan sonra duz əlavə edirik, 3-4 dəqiqə qaynadıb ocağı söndürürük. 
 
Nuş olsun!
# 2387
avatar

Oxşar yazılar