İraqda hökumət əleyhinə aksiyalar: 100 ölü - YENİLƏNİB
05 oktyabr 2019 15:41 (UTC +04:00)

İraqda hökumət əleyhinə aksiyalar: 100 ölü - YENİLƏNİB

Son dörd gündə İraqda keçirilən aksiyalarda toqquşmalar zamanı ölənlərin sayı 100 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bağdadda toqquşmalar zamanı 3 mindən çox insan yaralanıb. Təhlükəsizlik qüvvələri 540 aksiya iştirakçısını saxlayıb, onlardan 200 nəfəri həbsdə qalmaqdadır.

 

13:22

 

Son dörd gündə İraqda keçirilən aksiyalarda toqquşmalar zamanı ölənlərin sayı 72 nəfərə çatıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Bağdadda hökumət əleyhinə aksiyalar zamanı yaralananların sayı isə 200 nəfəri keçib.

Hökumət oktyabrın 3-də Bağdad, o cümlədən ən-Nasiriyə, əl-Hilla və əl-Amarada gecə saatlarında elan edilən komendant saatının bu gün ləğv edildiyini açıqlayıb. Bağdad küçələrində nəqliyyatın hərəkəti bərpa olunub.

 

Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.

Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toquşmalara çevrilib. Şiə din xadimi Müqtəda əs-Sədr parlamenti istefa verməsinin və beynəlxalq müşahidəçilərin nəzarətində növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bəyan edib.

# 695
avatar

Oxşar yazılar