Heyva mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
04 oktyabr 2019 18:34 (UTC +04:00)

Heyva mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Dadli Yemek Reseptleri” adı ilə məşhur olan səhifəyə istinadla heyva mürəbbəsinin necə hazırlanması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
1 kiloqram heyva, 1 kiloqram şəkər tozu, 2 stəkan yarım su
 
Hazırlanma qaydası:
 
Heyvaları yuyub doğrayaraq ləyənə yığırıq. Ləyəndəki heyvaları suda qaynadırıq. Sonra meyvələri çıxarıb həmin su ilə şirə hazırlayırıq.
 
Şirəni hazırladıqdan sonra meyvəni şirəyə əlavə edib qaynadırıq. 15 dəqiqə qaynadıqdan sonra ocağı söndürüb soyumasını gözləyirik. Soyuduqdan sonra yenidən 1-2 dəfə 15 dəqiqədən bir qaynadırıq. Mürəbbə hazır olduqdan sonra ocaqdan götürüb, sterilizə olunmuş bankalara əlavə edib, qış üçün sərin yerdə saxlayırıq.
 
Nuş olsun!
 
# 2149
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar