206
10:03
04 Oktyabr 2019

Bu ərazidə hərəkət məhdudlaşdırılıb - DİQQƏT

Aparılan təmir işləri ilə əlaqədar oktyabrın 4-6-da Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Bu barədə Lent.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.
Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.