
Mətbuat Şurası şikayətlərə baxdı
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. İclasda əvvəlcə “Tac Mahal” MTK-nın inşa etdiyi binanın sakinləri adından Ağalar Cavadov, Əsgər Hüseynov və Habil Məmmədovun “Gundemxeber.az” xəbər saytına qarşı şikayətinə baxılıb.
Bəlli olub ki, bina sakinləri ilə MTK rəhbərliyi arasında yaranmış narazılığın ciddi əsasları var. Narazılıq yaradan səbəblərin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına müraciət edilib və rəy alınıb. “Gundemxeber.az” xəbər saytı isə mövzu ilə bağlı hazırlayıb yayımladığı materialda birtərəfli davranıb. MTK sədrinin özünə bəraət qazandıran açıqlamalarını yayımlasa da, qarşı tərəfin - sakinlərin mövqeyinə əhəmiyyət verməyib.
Komissiya üzvləri bildiriblər ki, “Gundemxeber.az” xəbər saytının adı MŞ-nin “qara siyahısı”nda olduğundan Şikayətlər üzrə Komissiya bu barədə əlavə rəy vermir. Bu baxımdan şikayətçilərə müvafiq orqanlara müraciət ünvanlamaq tövsiyə olunub.
Komissiya üzvləri Ucar rayon sakini Mirsəfa Musayevin bir sıra onlayn media qurumlarına qarşı şikayətini də araşdırıb. M.Musayev Ağdaş rayonunun bir qrup sakininin adından imzalanan, Ağdaş RİH-dən şikayət motivli ərizəyə özünün adının şikayətçi qismində daxil edilməsindən narazıdır.
Ucar rayon sakini olan şikayətçi ümumən Ağdaşla hər hansı bir bağlılığının olmadığını bildirib. KİV-lər isə dəqiqləşdirmə aparmadan onu da şikayətçi qismində təqdim ediblər. İclasda iştirak edən KİV təmsilçiləri yol verilmiş yanlışın aradan qaldırılması üçün razılığa gəliblər. Bununla məsələ öz həllini tapıb.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21