
İtkin düşən tələbə tapıldı - YENİLƏNİB
"Oğlum polislər tərəfindən tapılıb".
Bu barədə Lent.az-a Bakıda itkin düşmüş Əsədulla Cəfərovun atası Əfqan Cəfərov deyib. O bildirib ki, oğlu artıq yanındadır və hər şey yaxşıdır.
***
12:09
"13 gündür, oğlumun axtarışı davam edir”.
Bu sözləri Lent.az-a Bakıda itkin düşmüş Əsədulla Cəfərovun atası Əfqan Cəfərov deyib. O, bildirib ki, kamera görüntülərində oğlu ilə birlikdə görünən kişi Əsədullanın axtarışda olduğunu sonradan bilib:
“Oğlum yeni kafe açıb işlədən kişiyə deyib ki, guya biz kəndə getmişik, özü də universitetdən çıxıb, iş axtarır. O da Əsədullaya deyib ki, 2-3 günə kafe açılacaq, gəlib işləsin. Ondan qaldığı yeri də soruşub, oğlum deyib ki, “8-ci km bazarı" tərəfdə günlük evlərdə qalır. Dünən axşam tərəfi dediyi yerə də getdim. Məlum oldu ki, 2 gündür oğlum ora da getmir. İndi bazar ətrafında olan yerlərdə onu axtarıram. Oğlumun qayıtmasını istəyirəm, zəmanə pisdir, başına nə gələcək, bilmirəm, narahatam”.
Qeyd edək ki, atasının bildirdiyinə görə, oğlunun evi tərk etməsinə səbəb, ikinci kursda oxuduğu Azərbaycan Dillər Universitetində imtahanlardan kəsirinin olması və bu il təhsil haqqını ödəyə bilməməsidir.
ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli bildirib ki, Ə.Cəfərov yeni dərs ilindən etibarən heç bir dərsdə iştirak etməyib. A.Cəfərli, Əsədullanın təhsil haqqının ödənilməsinə universitet tərəfindən köməklik göstəriləcəyini də bildirib.
Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası olmayacaq - PROQNOZ
5 iyul 2025 , 13:43