
Stajkeçməyə cəlb olunan müəllimlərin sayı AÇIQLANDI
Paytaxtın ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə keçirilən stajkeçmə xidməti davam edir.
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, stajkeçmə xidmətinə Bakı şəhər Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllim cəlb olunub.
Stajkeçmə xidməti zamanı müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçirilir, dərs müşahidələri aparılır. Fərdi və qrup görüşləri zamanı İKT üzrə təlimlərdə iştirak edən müəllimlərin yeni texnologiyalardan dərs prosesi zamanı səmərəli istifadə qaydaları yoxlanılır.
Qeyd edək ki, 3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir.
Stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.
Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49