1 ay evli olub, boşanan müğənnimiz <span style="color:red;">ÖVLADLIĞA UŞAQ GÖTÜRDÜ
02 oktyabr 2019 13:57 (UTC +04:00)

1 ay evli olub, boşanan müğənnimiz ÖVLADLIĞA UŞAQ GÖTÜRDÜ

Əməkdar artist Nigar Şabanova "Həmin vaxt" verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, xanəndə bildirib ki, övladlığa uşaq götürüb:

"Ana olmaq istəyirdim, yenə də ümidimi kəsmirəm. Buna baxmayaraq, 4 aylıq qız uşağını övladlığa götürdüm. 9 ay uşağı bətnində gəzdirməsəm, əziyyətiləri çəkməsəm də, onu sevirəm. İnanıram ki, analıq hissini ona verəcəm. Adı Nəfisədir. İnşallah, məni çox sevər, qızımı istədiyim kimi böyüdərəm. Bunu belə tez zamanda açıqlamaq istəmirdim. Ana 9 ay uşağı bətnində gəzdirən deyil. Onu böyüdüb, əziyyətini çəkmək də analıqdır".

Qeyd edək ki. N.Şabanova 1 ay evli olub, boşanıb.

 

# 1881
avatar

Oxşar yazılar