
Soyuqdəymə ilə qripin fərqi
Uşaqlarda soyuqlamanın ən önəmli səbəbi rinoviruslardır. Xüsusilə də məktəb yaşlı uşaqlarda, toplum içərisinə çıxan uşaqlarda görülür.
e-tibb.az-ın xəbərinə görə, bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb.
Onun sözlərinə görə, müalicəsi olmayan bu virusların səbəb olduğu xəstəliklərdən qorunmanın ən praktik yolu, əl təmizliyinə ciddi fikir verilməsidir. Xəstəliyin ilk əlamətləri asqırma və burun tıxanıqlığıdır. Bundan başqa, burun axıntısı, ümumi halsızlıq, öskürmə, baş ağrısı, boğaz ağrısı da ola bilər. Xüsusi bir müalicəsi yoxdur. Məqsəd infeksiyanın yol açdığı şikayətlərin azaldılmasıdır. Burunu açıq tutmağa çalışmaq, bol maye qəbul etmək, tez-tez əlləri yumaq, xəstələrin olduğu mühitdən uzaq olmaq məsləhətdir. Soyuqlama zamanı qripdən fərqli olaraq çox vaxt hərarət normal olur. Qrip virusu zamanı isə hərarətin yüksəlməsi, əzələ və oynaq ağrıları tez-tez müşahidə olunur. Qrip virusu ilə xəstələnmə zamanı bronxitlə və pnevmoniya ilə ağırlaşma ola bilər. Ümumi soyuqlamadan fərqli olaraq qripin qarşısını peyvəndlə almaq mümkündür.
Oxşar yazılar

İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38