"Xeyriyyəçiliyin ən pik nöqtəsini mən etmişəm" - <span style="color:red;">Elnarə
01 oktyabr 2019 13:42 (UTC +04:00)

"Xeyriyyəçiliyin ən pik nöqtəsini mən etmişəm" - Elnarə

Əməkdar artist Elnarə Abdullayeva yenidən Şamaxının kəndlərinin birinə su çəkdirəcək.

Lent.az-ın məlumatına görə, xanəndə bu barədə  “Şou ATV” verilişində deyib: “Heç kim yanımda xeyriyyəçilikdən danışmasın. Mənə nağıl danışmayın. Xeyriyyəçiliyin ən pik nöqtəsini mən etmişəm. Ayıbdır. Başqa kəndə su çəkdirməyə hazırlaşıram”.

Müğənni onu da bildirib ki, bəzi həmkarları onun fikirlərini dəstəkləmir:

“Heç kimlə işim olmaz. Tərbiyəm ona yol vermir. Ay bala, ərin ərim, uşağın uşağım deyil. İnsan danışanda nə dediyini bilməlidir. Sənətdən xəbəri olmayanlar bu sözü desə, deyərəm ki, bilmir. Bu aləmdə olan sənətçilərin digərindən xəbəri olmalıdır. Bilet satdırmadan konsertlər verirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1267

Oxşar yazılar