Mələkxanım "Sildim" dediyi qardaşı övladları ilə <span style="color:red;">BARIŞDI
30 sentyabr 2019 17:35 (UTC +04:00)

Mələkxanım "Sildim" dediyi qardaşı övladları ilə BARIŞDI

Xalq artisti Mələkxanım Əyyubova küsülü olduğu qardaşı uşaqları Vüsal, Ramal, Valeh İsrafilovlarla barışıb.

Lent.az-ın məlumatına görə, xanəndə qardaşı və qardaşı uşaqlarının qatıldığı "Zaurla Günaydın" verilişinin canlı efirinə zəng edərək onları barışdıqlarını bildirib:

"Bizim nəslimiz gözəl olub hər zaman. Uşaqlar gəncdir, mən də onlara nəzarəti əsirgəməmişəm. Onlar el içindədir, hər şeyə məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur. Allah şeytana lənət eləsin, pis insanların şərindən qorusun. Çox səbirsiz oldum, heç nəyi aydınlaşdırmadım. Səs-küyə getdim, heç nəyi dəqiqləşdirmədim. Onlar mənim balalarımdır. Qınaq etməyə nə var ki... Hər kəs dönüb özünə də baxsın".   

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkədə 3 qızın lüt videosu yayılmışdı. Məhz həmin videonun yayılmasında müğənni Valeh İsrafilovun əli olduğu deyilirdi. Həmin vaxt M.Əyyubova mətbuata açıqlama verərək, qardaşı övladlarını qohumluqdan sildiyini demişdi.

 

# 1354
avatar

Yalçın UĞUR

Oxşar yazılar