
Vəkili Fədayə ilə Qoca arasındakı münasibətdən danışdı
Fədayə Laçının vəkili Türkel Süleymanov Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər qarşısında açıqlama verib. Konfransa yalnız az sayda mətbuat və media nümayəndləri dəvət edilib.
Lent.az-ın məlumatına görə, vəkil Türkel Süleymanov xanım müğənninin məhkəmə prosesinin əsassız səbəblərlə təxirə salındığını bildirib:
"İndiyə qədər artıq 12-ci dəfədir ki, təxirə salınıb. Bunların heç biri üçün konkret dəqiq səbəb göstərilməyib. Artıq mənə məhkəmənin təxirə salınması barədə məlumat gələndə ciddiyə almıram, gülürəm. Hələ də dəqiq bilinmir ki, ayın 30-na təyin olunan məhkəmə necə olacaq. Bəlkə yenə təxirə salınacaq? Buna artıq son qoyulmalıdır. Media nümayəndələrinin dəstəyi ilə Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edib məsələni ciddi nəzarətə götürməyini xahiş edəcəm. Fədayə xanım artıq neçə ildir ki, Hepatit C xəstəliyindən əziyyət çəkir. Ağır tale yaşayıb. Fədayə Laçının azadlığa çıxması üçün bundan əvvəl bir neçə müğənni də cənab prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Fədayə xanım kimi sadə adam hələ indiyə qədər görməmişdim. Hələ də Fədayə xanımın cinayəti təsdiq olunmayıb. Digər tərəfdən Etibar Məmmədov qaçdığı andan ölümünə qədər Fədayə xanımla heç bir əlaqə saxlamayıb. Bu da onlar arasında sıx əlaqə olmadığını sübut edən amildir. Bir sözlə, heç bir sübut olmadan Fədayə Laçına hökm oxunub. Sübutlar yetərsiz olduğu üçün ona bəraət verilməlidir".
Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32