“Maşın” şouda daha 2 məşhur yarışacaq – ADLAR AÇIQLANDI
27 sentyabr 2019 13:29 (UTC +04:00)

“Maşın” şouda daha 2 məşhur yarışacaq – ADLAR AÇIQLANDI

Oktyabrın 1-dən ATV-də yayımlanacaq “Maşın” şouda iştirak edəcək daha 2 iştirakçının adı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu dəfə səs-küylü şouya Xalq artisti Bilal Əliyev və meyxanaçı Aqşin Fateh qatılacaq.

B.Əliyev Lent.az-a açıqlamasında yarışmada iştirak edəcəyini təsdiqlədi: “Fikirləşdim ki, Məhərrəm ayıdır, mən də o yarışa qatılım. Öz şansımı sınamaq qərarına gəldim. Əgər maşını udsam, ehtiyacı olan bir şəxsə bağışlayacam”.

Aqşin Fateh isə “Maşın”da iştirakını nə təsdiq, nə də təkzib etdi.

Qeyd edək ki, adı çəkilən yarışda Fatma Mahmudova, Ayan Babakişiyeva, Aysun İsmayılova, Aşıq Namiq Fərhadoğlu, Rəsul Abbasov, Ələkbər Yasamallı, Fuad Musayev kimi məşhurların iştirak edəcəyi gözlənilir.

# 9140
avatar

Yalçın UĞUR

Oxşar yazılar