Bu gün Azərbaycanda payız fəsli başlayır
23 sentyabr 2019 10:36 (UTC +04:00)

Bu gün Azərbaycanda payız fəsli başlayır

Sentyabrın 23-dən Azərbaycan ərazisində payız fəsli başlayır.

AMEA-nın   N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru   Xıdır Mikayılovun Lent.az-a verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə   dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

 

# 962
avatar

Aygün İbrahimli

Oxşar yazılar