Cüdoçularımız Qran-prini 2 gümüş medalla başa vurublar
22 sentyabr 2019 18:50 (UTC +04:00)

Cüdoçularımız Qran-prini 2 gümüş medalla başa vurublar

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb. 

APA-nın məlumatına görə, beynəlxalq yarışın son günü Azərbaycan millisi daha bir gümüş medal qazanıb. 

Kişilər arasında 100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançımız gümüş medala layiq görülüb. 

 

Ondan öncə Leyla Əliyeva (48 kq) da Qran-pridə 2-ci yeri tutub.

Qeyd edək ki, 70 ölkədən 421 cüdoçunun qatıldığı yarışa Azərbaycan millisi 15 idmançı ilə yollanmışdı. 

# 729
avatar

Oxşar yazılar