<span style="color:red;">"Oğlumun yeddisindən sonra oynadım"  - Əməkdar artist
20 sentyabr 2019 12:29 (UTC +04:00)

"Oğlumun yeddisindən sonra oynadım" - Əməkdar artist

Əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" verilişində dünyasını dəyişən oğlu barədə danışıb.

Lent.az-ın məlumatına görə, aktyor bildirib ki, övladının 7 mərasimindən sonra tamaşada rol oynayıb: "Oğlum 27 yaşında dünyasını dəyişdi. Faciə idi... İkinci mərtəbədən yıxıldı, alnına dəmir dəydi və dünyasını dəyişdi. Oğlumun yeddisini verəndən sonra səhnəyə çıxdım. Bir ay əvvəldən tamaşanın biletləri satılıb. "Ələddin" tamaşasında oynamalı idim.

Direktor zəng etdi ki, təxirə salaq tamaşanı. Dedim yox, uşaqlar bilet alıb, həsrətlə gözləyirlər. Onları sevincdən məhrum edə bilməzdim. Gedib iki tamaşada oynadım. Nə etməliydim ki?".

 

# 1461
avatar

Yalçın UĞUR

Oxşar yazılar