
Lənkəranda heyvanlar arasında xəstəlik yoxdur - RƏSMİ
Lənkəranda şəxsi təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar arasında naməlum xəstəliyin yayıldığı, heyvanların tələf olduğu ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Lent.az-a Lənkəran rayon Baytarlıq İdarəsinin rəisi Əzizağa İsgəndərov məlumat verib.
O bildirib ki, Lənkəranda heyvanlar arasında heç bir xəstəlik yoxdur. Onun sözlərinə görə, həmin təsərrüfat sahibi baytarlıq xidmətinin əməkdaşlarına müraciət etməyib, heyvanları özü ara həkimləri ilə müalicə etdiyi üçün problem yaranıb.
İdarə rəisi heyvanlarda heç bir infeksiyanın olmadığını, nəmişlikdən, rütubətdən problem yarandığını deyib: “Heyvanlar arasında infeksiya yaranmasından söhbət gedə bilməz. Dırnaq çürüməsi mikrobakterioz xəstəlik ola bilər. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağında yara əmələ gələn, zədələnən heyvan yatandan sonra dura bilmir, qidalana bilmir və nəticədə tələf olur. Baytarlıq idarəsi heyvanları nəzarətə götürüb, yaxın günlərdə problem aradan qaldırılacaq”.
Qeyd edək ki, Lənkəranda Dilbər Qasımov adlı təsərrüfat sahibi 150-yə qədər qoyunundan əksəriyyətinin tələf olduğunu açıqlayıb.

Aygün İbrahimli
Oxşar yazılar

2 saylı istintaq təcridxanasına baş çəkildi - XƏBƏRDARLIQ ETMƏDƏN
22 yanvar 2021 , 23:16
Direktorun işdən çıxarılma səbəbi açıqlandı
22 yanvar 2021 , 20:39
"Bu, yeni dalğanın əmələ gəlməsinə səbəb olacaq" - Azərbaycanlı alim
22 yanvar 2021 , 19:23
AMEA-nın daha bir institut direktoru işdən çıxarıldı
22 yanvar 2021 , 19:15
Sosial şəbəkələrdə MƏKTƏB SÖHBƏTLƏRİ - İnsanlar nə düşünür?
22 yanvar 2021 , 19:05
Koronavirus statistikası: 280 nəfər yoluxdu, 632 nəfər sağaldı, 11 nəfər öldü
22 yanvar 2021 , 18:31
Yaqub Mahmudov direktor vəzifəsindən çıxarıldı
22 yanvar 2021 , 18:27
Rayonda natəmiz şəraitdə ət məhsulları istehsal edən sex aşkarlandı
22 yanvar 2021 , 18:16