Güclü yağışlar zamanı Bakının bu ərazilərini su basa bilər - <span style="color:red;">SİYAHI
20 sentyabr 2019 13:52 (UTC +04:00)

Güclü yağışlar zamanı Bakının bu ərazilərini su basa bilər - SİYAHI

“İntensiv yağışlar olmayanda Bakıda demək olar ki, subasmalara rast gəlmirik”
 
Bu sözləri Lent.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. 
 
Məlumdur ki, Bakının əksər yerlərinə güclü yağışlar olduqda subasmalar olur və su yığılıb qalır. Təbii ki, burada əsas problem kanalizasiya xətlərinin lazımi səviyyədə işləməməsidir. Ancaq “Azərsu” ASC artıq bu istiqamətdə yeni layihələrin icrasına başlayıb. Layihələr çərçivəsində Bakının 5 qəsəbəsində işlər görüləcək.
 
Bəs görək Bakının hansı ərazilərində subasma halları daha çoxdur? Hansı ərazilərdəki bərbad durum stabilləşib? Bu sualların cavabını “Azərsu” mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a açıqlayıb:
 
“2016-cı ildə cənab prezidentin sərəncamı ilə Bakının yağış və kanalizasiya sularından təmizlənməsi üçün komissiya və işçi qrup yaradıldı.”Azərsu”, Ekologiya Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri araşdırmalar apardı. 2017-ci ildə intensiv yağıntılar zamanı kritik vəziyyət yaranan 20 ünvanda, layihələr icra olundu. Məhəmmədi gölü, Taşağı gölü, Binəqədi yolu, Böyükşör gölü, Ziya Bünyadov prospekti, Xətaidə Kazımağa Kazımov küçəsi, Ramana qaçqın şəhərciyi, Sabunçu vağzalı ətrafında belə işlər görüldü və vəziyyət stabilləşdirildi. Eyni zamanda 140-a yaxın yerdə araşdırma aparıldı. “Azərsu” ASC və digər qurumlar yol infrastrukturu yenidən qurularkən 60-a yaxın belə iş görüb. Hazırda bu işlər 5 ünvanda davam etdirilir”.
 
Anar Cəbrayıllı hazırda paytaxtın bu sarıdan durumunun qənaətbəxş olduğunu vurğulayıb. Qurum rəsmisi əsas problemli ərazilərdə vəziyyətin stabilləşdirildiyini deyib:
 
“Ümumiyyətlə, Bakıda yağıntılar normal olduqda, subasmalar yaranmır. Yalnız uzunmüddətli yağışlar zamanı kanalizasiya şəbəkəmiz o suları eyni anda qəbul edib axıda bilmir. Ancaq yenə də yığılan sular ciddi fəsad törətmir, hətta yağış kəsiləndən 20-25 dəqiqə sonra axıb gedir. Bu məsələdə “Azərsu” əməkdaşları daim araşdırmalar aparır. Qeydə alınan problemli yerlərlə bağlı müvafiq departamentə məlumat verilir. Ən çox problemli ərazilərdə isə qeyd etdiyimiz kimi, məsələ demək olar ki, həll edilib”.
 
Artıq küləklərin və yağışın hökmranlıq etdiyi payız fəslinə də az qalıb. İnanırıq ki, layihələrin nəticəsi olaraq, “Bakıya yağış yaraşmır” deyimi yoxa çıxacaq.
# 1640
avatar

Mehman Nəbiyev

Oxşar yazılar