
Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 1,1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının saxladığı Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədovdan 440 qram marixuana götürülüb.
Neftçala rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqurbanlı kənd sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevin həyətyanı sahəsindən 1,7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Ucar rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaracallı kənd sakini C.Mikayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 414 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatına baxış zamanı 6,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Oxşar yazılar

Motokuryerlərə qarşı reydlər keçirildi - VİDEO
8 iyul 2025 , 15:13
Bakı aeroportunda ÖLÜM
8 iyul 2025 , 13:39
DTX-dan ƏMƏLİYYAT: müşahidə kameralarına kiberhücumlar olub
8 iyul 2025 , 12:41
Beyləqanda şadlıq sarayında ustalar yıxıldı, ölən var
8 iyul 2025 , 12:40Bakıda qadın saxlanıldı, evindən görün nələr tapıldı? - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
8 iyul 2025 , 12:25Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO
8 iyul 2025 , 11:57
Ağstafada gənc qadın pəncərədən yıxılıb öldü
8 iyul 2025 , 11:25
"Beş Barmaq"da FACİƏ: Paraşütlə atılan qız qayaya çırpılıb ÖLDÜ - YENİLƏNİB
8 iyul 2025 , 11:08