
İnqilabi süni intellekt: peyki kosmosa qaldıracaq
Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı gözlənilir.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yeni Yer səthinin müşahidə peyki məlumatların planetdən və əksinə göndərilməsi üzrə effektivliyi artıra bilər.
“PhiSat” adlı inqilabi süni intellekt texnologiyası “FSSCat” missiyasının iki peykinin birində göndəriləcək. İspaniyanın Kataloniya Politexnik Universiteti tərəfindən təklif edilən missiyanı Avropa şirkət və institutlarının daxil olduğu konsorsium hazırlayıb. İki kiçik peyk müasir ikiqat mikrodalğalı və hiperspektral optik alətlərdən istifadə edərək məlumatlar toplayacaq. Bundan başqa, onlar peyklərarası rabitə texnologiyası üzrə bir sıra eksperimentlər aparacaqlar.
Məlumata görə, kosmosda süni intellektin potensialının nümayişi üçün Avropa Kosmik Agentliyi missiyanı növbəti səviyyəyə qaldırmaq məqsədilə tərəfdaşlarla birgə “PhiSat” texnologiyasının hazırlanması üzərində işi davam etdirir. Kosmik gəmi kosmosda süni intellektə malik ilk Avropa aparatı olacaq. Peyklər Yer kürəsinin şəkillərinin çəkilməsi ilə məşğul olacaqlar. Onların bəzisi isə bulud örtüyünə görə tədqiqatlar üçün əlverişsiz olacaq. Bu korlanmış təsvirlərin Yerə ötürülməsinin qarşısının alınması üçün süni intellektə malik çip onları filtrdən keçirərək ən yaxşılarını seçəcək. Çox güclü alət terabayt tutumunda məlumatlar toplayacaq. Onlardan gələcəkdə, məsələn, bitki örtüyündəki dəyişikliklərin monitorinqi və suyun keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə mümkün olacaq.
Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17