Bakıda minik maşını "SHACMAN"la toqquşdu: yaralılar var
16 sentyabr 2019 23:50 (UTC +04:00)

Bakıda minik maşını "SHACMAN"la toqquşdu: yaralılar var

 
 
 
Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA xəbər verir ki, 1975-ci il təvəllüdlü Mirzəyev Mədəd Mirhəmid oğlu taksi fəaliyyəti göstərdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Məhəmmədi kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "SHACMAN" markalı yük maşınına çırpılıb.
 
Hadisə nəticəsində "VAZ 2106"-nın sürücüsü M.Mirzəyev və sərnişinlər - 28 yaşlı Məmmədov Elgün Əliyar oğlu və 1974-cü il təvəllüdlü Əlizadə Lalə Eldar qızı xəsarət alıb.
 
Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 438
avatar

Oxşar yazılar