
Müsavat Partiyasının qurultayının vaxtı AÇIQLANDI
Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix məlum olub.
Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
O bildirib ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur: “Gələn həftə isə Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yığıncağı olacaq. Orada başqanlığa namizədlərin qabaqcadan irəli sürülməsi ilə bağlı təkliflər müzakirə olunacaq. Böyük ehtimalla namizədlərin irəli sürülməsi əvvəldən başlayacaq və qurultayın keçirilməsinə az qalmışa qədər davam edəcək”.
Qeyd edək ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrında keçirilən qurultayında Arif Hacılı başqan seçilib.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48