
Naxçıvanda növbəti komanda-qərargah təlimi keçirildi - VİDEO
Naxçıvan Qarnizonu qoşunlarında ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
Təlimin döyüş atışlı mərhələsində ən müasir rabitə və idarəetmə vasitələri ilə təchiz edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Təlim rayonlarında hava hücumundan müdafiə və raket-artilleriya bölmələrinin təyin edilmiş hədəfləri məhv etmələri topçu və zenitçilərin peşəkarlığını bir daha nümayiş etdirib.
Komanda-qərargah təliminin üçüncü mərhələsində qəbul edilmiş qərarlar kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.
Yekunda bildirilib ki, keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.
Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29