
İlham Əliyev Böyük Britaniyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.
APA xəbər verir ki, səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçbi.
Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini dedi, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan səmərəli müzakirələrin əməkdaşlığımızın inkişafında rolunu qeyd edib. İki ölkə arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın uzunmüddətli perspektivdə inkişaf etməkdə davam edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev səfir Ceyms Layl Şarpa diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Ceyms Layl Şarp yaxın günlərdə 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” çərçivəsində əlaqələrin ölkələrimiz arasında geniş enerji əməkdaşlığının uğurlu nümunəsi olduğunu bildirib. Səfir ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin və qeyri-neft sektoru, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrdə inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb. Ceyms Layl Şarp səfir kimi fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirərək Böyük Britaniyanın kiçik və orta biznes dairələrinin də Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə regional gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
***
13:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48