221
12:14
14 Sentyabr 2019

Hərbçilərimiz “Saber Junction - 19” təlimində iştirak edir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.
Lent.az -a Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.
Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.