Finlandiyalı rejissorun “Ümidin o biri üzü” filmi Bakıda
14 sentyabr 2019 11:20 (UTC +04:00)

Finlandiyalı rejissorun “Ümidin o biri üzü” filmi Bakıda

Kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülən filmlər nümayişi olunacaq.

Lent.az-ın məlumatına görə, ekran əsərləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində təqdim ediləcək.

Bu filmlər içərisində finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmi də var. Ekran əsərində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.

# 797
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar