
Rusiyada təbii FƏLAKƏT: evlər suyun altında qaldı
Sel nəticəsində Rusiyanın Xabarovsk diyarının dörd yaşayış məntəqəsində yerləşən 220-dən çox ev suyun altında qalıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, Uzaq Şərq federal dairəsində 97 yaşayış məntəqəsi, 958 ev, 3650 həyətyanı sahə və 144 avtomobil yolu da suyun altında qalıb.
Bildirilib ki, daha ağır vəziyyət Xabarovsk diyarındadır. Belə ki, sutka ərzində 57 yaşayış məntəqəsi, 815 yaşayış evi və 1651 həyətyanı sahə, həmçinin 2 avtomobil yolu, Yəhudi muxtar vilayətində isə 40 yaşayış məntəqəsi, 143 ev və 1999 həyətyanı sahə suyun altında qalıb. Görülən işlər nəticəsində, Xabarovsk diyarında 27 həyətyanı sahə və bir avtomobil yolu, Yəhudi muxtar vilayətində 1 yaşayış məntəqəsi, 2 ev və 22 həyətyanı sahə sulardan təmizlənib.
Yeddi yaşayış məntəqəsində müvəqqəti saxlama yerlərinə 28 nəfəri uşaq olmaqla, 91 nəfər yerləşdirilib.
Amur vilayəti, Yəhudi muxtar vilayəti və Xabarovsk diyarında güclü yağışlar və sel səbəbindən fövqəladə vəziyyət elan edilib.
Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı-FOTO
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı - FOTO
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48