Flora Kərimova onun haqqında yazdı: <span style="color:red;">"Keçmişini..."  - <span style="color:red;">VİDEO
12 sentyabr 2019 11:17 (UTC +04:00)

Flora Kərimova onun haqqında yazdı: "Keçmişini..." - VİDEO

Xalq artisti Flora Kərimova azərbaycanlı şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı bəstələyən Sami Yusuf barədə yazıb.

Lent.az-ın məlumatına görə, tanınmış müğənni sosial şəbəkədə bu sözləri qeyd edib: “Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, vətəndaşı ürəyi ilə sevməli, ağılı ilə qorumalı və bunu özünə borc bilməlidir. Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları - muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Gənc Sami Yusuf və ona dəstək olanlar bu işin öhdəsindən layiqincə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur”.

 

# 9197
avatar

Yalçın UĞUR

Oxşar yazılar