
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir.
APA xəbər verir ki, yığıncaqda 100-dək media nümayəndəsi, o cümlədən Azərbaycandan 60 nümayəndə iştirak edir.
İllik toplantıda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb: "ABŞ-ın müəyyən ştatları, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Kenya, Makedoniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyə qədər qurum üzv ölkələrdə tədbirlər keçirir və jurnalistlərin qarşılaşdığı problem, informasiya əldə etmələri ilə bağlı yaranmış maneələrin aradan qaldırılması üçün təkliflər səsləndirilir. Yığıncaqlarda ümumilikdə dünyada medianın inkişaf meylləri müzakirə olunur".
Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən bu qurumun üzvüdür.
Qeyd edək ki, iştirakçılar tədbirdə öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 15-dək davam edəcək.
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12