
Oraq və balta ilə qətl törədənə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə proses başa çatıb.
APA-nın məlumatın görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayətdə oraq və baltadan istifadə olunduğu müəyyən edilib.
Saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.
Oxşar yazılar

Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47
Siyəzən şəhər sakininin meyidi Bakıda tapıldı
3 iyul 2025 , 09:41