
Avtomobil alverçisi olan 2 qardaş müştəri tərəfindən bıçaqlandı - FOTO - YENİLƏNİB
Bakıda avtomobil alverçisi olan 2 qardaş müştəri tərəfindən bıçaqlanıb - FOTO - YENİLƏNİB
Maşın almaq istəyən müştəri tərəfindən bıçaqlanan Etibar Tahirovun qardaşı, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu da 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, müştəri əvvəlcə Cavid Tahirovu, sonra isə Etibar Tahirovu bıçaqlayıb. Cavid yaxınları tərəfindən evə aprılsa da, vəziyyəti ağır olduğundan xəstəxənaya gətirilib.
****
23:44
Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.
APA xəbər verir ki, hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib.
Belə ki, 38 yaşlı Tahirov Etibar Təşkilat oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.
Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri E.Tahirovun mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.
Oxşar yazılar

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52