
İşlə təmin olunan əlillərin sayı AÇIQLANDI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub.
Bu barədə Lent.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onların hər biri ilə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilib.
Eyni zamanda əlilliyi olan şəxslərin kiçik sahibkarlığa çıxşına şərait yaradılması üçün onların ozünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir. Bu ilin ötən dövründə Xidməti tərəfindən artıq 1000-dək əlilliyi olan şəxs həmin proqrama cəlb edilib və proqram çərçivəsində müvafiq təlimlərdə iştirak edib.
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasında onların peşə hazırlığının təşkili də mühüm rola malikdir. Cari ildə nazirliyin xətti ilə 205 nəfər (o cümlədən 176 nəfər üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, 29 nəfər üçün Dövlət Məşğulluq Xidmətinin xətti ilə) peşə hazırlığı kursları təşkil edilib.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56