Qarayara ilə bağlı agentliyin əməkdaşları Sabirabada getdi - <span style="color:red;">RƏSMİ
09 sentyabr 2019 16:35 (UTC +04:00)

Qarayara ilə bağlı agentliyin əməkdaşları Sabirabada getdi - RƏSMİ

Sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub.
 
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma qrupu xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlayıb.
 
Hazırda agentliyin mütəxəssisləri laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986

Oxşar yazılar