230
12:45
09 Sentyabr 2019

Azərbaycanda qida təhlükəsizliyi qaydalarına əməl edilməyən yerlər AÇIQLANDI

“Zəhərlənmə faktları bir daha sübut edir ki, qida təhlükəsizliyi qaydaları daha çox ictimai iaşə müəssisələrində gözlənilmir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kütləvi zəhərlənmələrə bağlı məsələyə münasibət bildirən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində məlum olubki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi rejimigözlənilsə də, ictimai iaşə müəssisələrində bu tələbə əməl edilmir: “Bura insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizlik sisteminin gözlənilməsi tək qidaların özünün keyfiyyəti ilə bağlı deyil, orada işləyən şəxslərin şəxsi gigiyena qaydalarına əməl etməməsi ilə də bağlıdır".

AQTA sədri qeyd edib ki, qida zəhərlənmələri faktlarının təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etmədikləri məlum olub: "Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna bilər. Məhsul düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigiyena qaydalarına əməl etməsələr, bunun nəticəsində insanların toy mərasimlərində kütləvi şəkildə mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər".