675
10:20
09 Sentyabr 2019

Nazir rəis müavinini işdən çıxardı

Xaçmaz rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şöbənin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Bundan başqa, Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılıb.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən Xaçmaz rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov sərəncama göndərilib. Xızı rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov isə Xaçmaz rayon Polis Şöbəsinin rəisi təyin olunub.