379
06:40
09 Sentyabr 2019

Şiddətli Faksai tayfunu 900 min evi işıqsız qoydu

Yaponiyanın mərkəzi və şərq bölgələrini cənginə alan Faksai tayfunu ciddi fəsadlar törədib.

APA TASS-a istinadla xəbər verir ki, fırtınanın elektrik xəttlərini uçurması kütləvi işıqların kəsilməsinə səbəb olub.

Yerli Kyodo angentliyinin məlumatında bildirilib ki, əsasən Tokionun yaxınlığında yerləşən Çiba Prefekturasında 900 minə yaxın ev işıqsız qalıb. Hazırda elektrik şəbəkəsinin zədələnmiş hissələrinin təmiri işlər görülür.

Hazırda tayfun İbaraki prefekturasında yerləşir və şimal-şərqdən Sakit okeana doğru irəliləyir. Küləyin sürəti təqribən 40 m/s, atmosfer havası isə 60 m/s-yə çatır.

Qeyd edək ki, bu, Sakit okeanda meydana gələn sayca 15-ci tayfundur.