09:46
08 Sentyabr 2019

"Qarabağ"ın legioneri İngiltərəyə qarşı oynamadı

“Qarabağ”ın futbolçusu Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan millisi Avro-2020-nin seçmə mərhələsində növbəti oyuna çıxıb.

Komanda səfərdə İngiltərə ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

İngiltərə - Bolqarıstan - 4:0
Qollar
: Harri Keyn, 24, 50-pen, 73-pen, Rahim Sterlinq, 55

S.Slavçev sözügedən matçda iştirak etməyib. O, görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu qələbə ilə xalını 9-a çatdıran İngiltərə A qrupunda ilk pilləyə yüksəlib. Bolqarıstan isə 2 xalla sonuncudur.

(Qol.az)

Dİgər xəbərlər