
Azərbaycanda ağır beyin əməliyyatı keçirən qadın ana oldu
Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub.
Lent.az trend-ə istinadla bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin böyük əməyi olub.
Klinikanın endokrinoloq-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl açıq hipertenziyalı hidrosefaliya xəstəliyini keçirib və sağ tərəfli ventrikuloperitoneal şuntlama əməliyyatı olunub.
“Hidrosefaliya beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye qarın boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, ikigörmə şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub.
Qadın ailə qurduqdan 5 ay sonra hamiləliyi planlaşdırmaq məqsədilə klinikaya müraciət edib. Xəstədə hormonal fon normallaşdıqdan sonra hamilə qala bilib. Lakin xəstənin hamiləlik dövrü də rahat keçməyib. Belə ki, erkən və gec düşük, vaxtından əvvəl doğuş təhlükələri, dölün bətndaxili inkişafının ləngiməsi və simptomsuz bakteriyauriya müşahidə edilib. Həmin patologiyalar vaxtında korreksiya edilib. Hamiləlik dönəmində baş beyinlə bağlı heç bir fəsadlaşma qeydə alınmayıb. Mütəmadi olaraq neyrocərrahla konsultasiyalar aparılıb. Nəhayət hamiləliyin 36-cı həftəsində qadın doğum şöbəsinə daxil olub və neyrocərrahın iştirakı ilə Qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Qadın çəkisi 2 kiloqram 450 qram, boyu 50 santimetr olan sağlam körpə dünyaya gətirib. Artıq ana və yenidoğulmuş evə yazılıblar”, - mütəxəssis qeyd edib.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49
Sabah çimərliklərə hazırlaşanlara ŞAD XƏBƏR
11 iyul 2025 , 13:19