“Yaşıl Bakımız” təşəbbüs qrupu sahibkarları <span style="color:red;">TƏNQİD ETDİ
06 sentyabr 2019 13:07 (UTC +04:00)

“Yaşıl Bakımız” təşəbbüs qrupu sahibkarları TƏNQİD ETDİ

"Bakı şəhərinin daha da gözəlləşməsi üçün müxtəlif qurumlar, o cümlədən iş adamları, müxtəlif idarələr, ayrı-ayrı vətəndaşlar işlər görür".
 
Bu barədə Lent.az-a “Yaşıl Bakımız” təşəbbüs qrupundan məlumat verilib. Bildirilib ki, paytaxtda yaşıllıqların artırılması isə yaşadığımız şəhərin ekologiyasina, özümüzün, yaxınlarımızın sağlamlığına birbaşa təsir edir:
 
"Paytaxt sakinləri kimi ötən gün müşahidə etdiklərimiz isə bu işlərə, ümumilikdə müsbət dəyişikliklərə biganə olan, yalnız öz maraq və mənfəətlərini güdənlərə rast gəldik. Hamının çox yaxşı tanıdığı bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət heç də ürəkaçan deyildir. Çox  təəssüflər olsun ki, böyük gəliri olan, heç də maddi sıxıntılar çəkməyən bu obyekt sahibləri obyektlərinin qarşısındakı ağac və kollara, yaşıl örtüyə biganə yanaşırlar. Bitkilərə zülm edirlər. Onlara diqqət göstərib ara-sıra sulamaq, qulluq etmək əsl insanlıq olmazdımı? Axı kiminsə mağazasının və ya obyektinin qarşısını başqası gəlib etməməlidir, axı hər şeyi dövlət hesabına etmək mümkün deyil. Bəs vətəndaşlıq borcu? Məncə belə insanları hamımız tanımalı və qınaq obyektinə çevirməliyik.
 
Öz müşahidələrimizi və araşdırmalarımızı davam etdirərək sonrakı yazılarda artıq bu kimi obyektləri və onların sahibləri barədə ətraflı məlumat 
verəcəyik".
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529

Oxşar yazılar