Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə yeni sədr təyin olundu - <span style="color:red;">SƏRƏNCAM
05 sentyabr 2019 19:07 (UTC +04:00)

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə yeni sədr təyin olundu - SƏRƏNCAM

Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də sərəncam imzalayıb.

Təyinatla bağlı məlumat Maliyyə Monitorinqi Xidmətinin saytında rəhbərlik bölməsinə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl R. Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 3-cü dərəcəli dövlət müşaviridir.

# 1027
avatar

Oxşar yazılar