Hacı ilə ailə quran Afət özündən çıxdı:<span style="color:red;"> "Ağzı əyri, gözü çaş"  - <span style="color:red;">VİDEO
05 sentyabr 2019 19:04 (UTC +04:00)

Hacı ilə ailə quran Afət özündən çıxdı: "Ağzı əyri, gözü çaş" - VİDEO

Müğənni Afət Fərmanqızı onu yenidən toy etməsinə görə qınayanlara cavab verib. Lent.az-ın məlumatına görə, ifaçı onu tənqid edənlərə bu sözləri ünvanlayıb:

"Ey ağzı əyri, gözü çaş məxluq! Sənin guya mənə canın yanır? Nəsiminin qəzəli vaxtında sən mənə qarşı olmazın iftiralarını atdın. Sən mənə o vaxtdan düşmənsən. Qaldı Hacıya, Hacı ürəkdi, Hacı qaşdı, Hacı gözdü".

Qeyd edək ki, ötən gün Lent.az A.Fərmanqızının dekabrda 2-ci dəfə toy edəcəyi xəbərini yazıb. A.Fərmanqızı bir dəfə ailə olub, boşanıb. Onun ilk evlilikdən bir oğlu var. Övladı yüksək balla ali məktəbə daxil olan tələbələrdəndir. Afətin ailə quracağı şəxs Hacı Roma ( Ramal Hüseynov ) də ailəli olub, boşanıb, övladı olmayıb.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"HACI ZOR OĞLANDI" - TOYA HAZIRLAŞAN AFƏT FƏRMANQIZI

 

# 1951
avatar

Yalçın UĞUR

Oxşar yazılar