Müğənni Xatun Əliyeva yenidən ailə qurmaq istəyi ilə bağlı sualı cavanlandırıb. Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, ailə qurmağa haqqı yoxdur:
“İnsan yaşlandıqca tək qalmaq istəmir. Oğlum əsgərlikdə olan müddətdə bacımla bir evdə qalırdım. İndi oğlum evə qayıdıb, gözüm indi bacımı axtarır. Gənc yaşımda yalnız qaldım, ona görə də indi özümü nəvələrim üçün hazırlayıram. Çalışacam ki, nəsə məşğuliyyətim olsun. İnanmıram ki, yenidən kiməsə etibar edim və ailə qurum. Ailə qurmaq üçün özümdə haqq görmürəm. Mənim indi kiməsə baxmağa halım yoxdur”.
Xatun bildirib ki, onunla ailə qurmaq istəyənlər var: “Mənə evlilik təklif edənlər olur. Amma mən inanmamışam. Onların təklifi mənə gülməli gəlib. Şou-biznesdən talib çıxan olmayıb. Mən başqa cür insanam. Əks cinsin nümayəndəsi ilə yola gedə bilmirəm. Hərdən fikirləşirəm ki, mənim tələblərimə kim dözər? Bəzən özüm-özümdən bezirəm. Ona görə də özümü evliliyə yararlı qadın hesab etmirəm. Mən kişinin hər şeyi ilə maraqlanmalıyam. Ona görə də mənlə ailə qurmaq istəyən şəxs məndən güclü olmalı, hər halımla da məni də qəbul etməlidir. O da ki, yoxdur”.
Qeyd edək ki, müsahibənin ardına aşağıdakı videoda baxa bilərsiniz.