136 yaşında ata olan azərbaycanlı: <span style="color:red;">“Mənə ət verin, ət”  - <span style="color:red;">Tarix
02 sentyabr 2019 16:15 (UTC +04:00)

136 yaşında ata olan azərbaycanlı: “Mənə ət verin, ət” - Tarix

Onun adı bir vaxtlar bütün SSRİ-yə yayılmışdı. Haqqında sənədli film belə çəkmişdilər. Jurnalistlər tez-tez ondan yazırdılar. 1955-ci ildə SSRİ səviyyəsində 150 illiyi təntənəli şəkildə qeyd edilmişdi.

1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadan olmuşdu. 3 dəfə evlənmişdi, 23 övladı vardı. 1973-cü ilin bu günü, sentyabrın 2-i dünyadan köçmüşdü. Öləndə 168 yaşı olduğu iddia edilirdi. Amma  çoxları bu rəqəmin şübhəli olduğu qənaətindədir. Onun dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşmə faktı da təsdiq olunmayıb. Qərb ekspertlərinin fikrincə, onu yaşı azı 40 il şişirdilib.

1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyəti məsələlərin səhv olmaq ehtimalı da mövcuddur. Fransız tarixçisi və sosioloqu Moşep Tovem keçən əsrin 60-cı illərində özünün “Qafqaz xalqları və onların mədəniyyəti” əsərində Azərbaycana da xüsusi yer ayırmışdı. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, mərkəzlə əlaqələrin olmamasını yazmışdı. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını qeyd etmişdi.

SSRİ-nin total təbliğatına inansaq, sən demə Şirəli baba ömrünün sonuna kimi at belində gəzib, kitab, qəzet oxuyub. Amma elə deyil. Şirəli Müslümov ömrünün son illərini yataqda keçirib. Oxuyub – yazmağı isə, ümumiyyətlə bacarmırmış.

Onun iki arvadının adı məlum deyil. Amma yazılanlara inansaq, ölən gününə kimi yaddaşı iti imiş. Sonucu arvadı isə Xatun Nuriyeva olub. Və deyilənə görə, Şirəli Müslimov 136 yaşında olanda Xatun xanımın ondan bir qız uşağı da dünyaya gətiribmiş.

Şirəli Müslimovun qida rasionu barədə yazılanlar da  birmənalı deyil.  Deyilənə görə, o, pendir, meyvə, tərəvəz və balla qidalanırmış. Ancaq bulaq suyu içirmiş. Tez-tez Bakıya müxtəlif tədbirlərə, çəkilişlərə çağırılan Şirəli babaya xüsusi diyetoloqlar tutulurmuş. Bir dəfə Bakıya 10 günlük səfərində Müslümov diyetik yeməklərdən bezir və nümayişkaranə şəkildə “Mənə ət verin, ət” deyə az qala üsyan edir.

1973-cü ilin yanvarında o, sonuncu dəfə tibbi yoxlamadan keçəndə müəyyən olunub ki, 161 sm boyu olan Müslümovun çəkisi 56 kq-dır, dəqiqədə 16 dəfə nəfəs alıb-verir. Ürəyinin bir dəqiqədə döyüntüsü 76 dəfədir. Təzyiqi isə yüzün, altmışa.

Ömrünün sonuna qədər eyni kənddə, Lerikin Barzavu kəndində yaşayıb. Spirtli içki içməyib, siqaret çəkməyib. Yox, bircə dəfə dilinə siqaret vurubmuş, onda da özünü pis hiss edib, həkim köməyinə ehtiyac duyub.

Amma ölümünə səbəb başqa şey olub. Ağır pnevmoniyaya tutulubmuş. Elə bu xəstəlikdən də 1973-cü ilin bu günü dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297

Oxşar yazılar