
Dərs ili sentyabrın əvvəlində başlasın - TƏKLİF
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib.
BAXCP-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, təşkilati məsələlər, təhsil, iqtisadiyyat və digər istiqamətlər üzrə müzakirələr aparılıb.
BAXCP İdarə Heyətinin iclasında dərs ilinin başlanması ilə bağlı məsələyə də toxunulub və dərs ilinin sentyabrın əvvəlindən başlanılması ilə bağlı hökumətə növbəti dəfə çağırış edilib. Bununla bağlı BAXCP İdarə Heyətinin açıqlamasında deyilir ki, tədris prosesində uzunmüddətli fasilənin yaranması şagirdlərin oxuma və öyrənmə, dərs rejiminə alışmaq kimi təhsillə bağlı olan bir çox vərdişləri yadırğalamalarına səbəb olur. Məhz bu səbəbdən dünyanın əksər ölkəsində yay tətilinin müddəti 45 gündən çox deyil. Digər tərəfdən, son illərin hava proqnozu da sentyabrın ilk günlərindən havaların sərin keçdiyini göstərir.
BAXCP İdarə Heyətinin açıqlamasında Milli Məclisin müzakirəsinə çıxarılacaq 2020-ci ilin dövlət büdcəsi ilə bağlı təkliflər də səsləndirilib. Qeyd olunub ki, büdcədə elmə və təhsilə ayrılması nəzərdə tutulan vəsaitlər nəzərəçarpacaq səviyyədə artırılmalıdır: “Çünki cəmiyyətin mədəni və intellektual səviyyəsinin yüksəldilməsi elm və təhsilin inkişafından asılıdır”.
BAXCP İdarə Heyəti hökuməti təhsil kreditləri ilə bağlı məsələni islahatların prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlamağa çağırıb.
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12