200
12:49
02 Sentyabr 2019

Azərbaycan filmi İtaliya festivalında

“Nobel qardaşlarının ilk uğuru” filmi İtaliyada keçirilən “Cinema Povero” Beynəlxalq Festivalının finalına vəsiqə qazanıb.

Bu barədə Lent.az -a filmin redaktoru Əkbər Qoşalı məlumat verib:

“ “SSP Production”n istehsal etdiyi “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi “Cinema Povero” Beynəlxalq Festivalında ən yaxşı sənədlər kateqoriyası üzrə finala vəsiqə qazanıb. Sentyabrın 20-də ekran əsəri digər ölkələrin filmləri ilə birincilik uğrunda mübarizəyə başlayacaq. Əgər müsabiqənin şərtlərinə uyğun gəlsək, yüksək yeri qazanarıq ki, bina inanıram”.

“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Ekran əsərinin çəkilişləri bu ilin martında başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.